Bank Of Baku

Belarus Milli kitabxanasında “Azərbaycan guşəsi” yaradılır

Belarus Milli kitabxanasında “Azərbaycan guşəsi” yaradılır
# 28 aprel 2009 13:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Belarus Milli kitabxanasında “Azərbaycan guşəsi” yaradılır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizmi, Azərbaycan-Ermənistan münaqişəsi haqqında kitab və elektron daşıyıcılardan ibarət növbəti kolleksiya Belarus Milli kitabxanasına göndərilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, kolleksiyaya “Heydər Əliyev və mədəniyyət” 3 cildlik toplu, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” 2 cildlik toplu, Elmira Axundovanın “Гейдар Алиев. Личность и эпоха”, “Bizi əsirlikdən qurtarın/Release us from captivity”, “Qarabağ - irsimizin əbədi yaddaşı. Garabakh - the eternal memory of Azerbaijan heritage”, “Карабах: вчера, сегодня в фотоснимках. Karabakh: yesterday and today in photos”, “Эрих Файгл. Армянская мифомания”, “Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.)”, “Монументы Азербайджана” və digər kitablar, eləcə də “This is our Azerbaijan”, “Azerbaijan motifs”, “Terruer armenienne”, “Armenian terrorism”, “Gara Garayev” və başqa elektron informasiya daşıyıcıları daxil edilib. Qeyd edək ki, Belarus Milli kitabxanasında Azərbaycan ədəbiyyatı fondu artıq fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR