Bank Of Baku

Aleksandr Vertinskinin 120 illiyi Bakıda qeyd olunub

Aleksandr Vertinskinin 120 illiyi Bakıda qeyd olunub
# 28 aprel 2009 16:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində (RMİM) görkəmli rus kinoaktyoru, bəstəkarı, şair və müğənnisi Aleksandr Vertinskinin 120 illiyinə həsr olunmuş «Rus romansı axşamı» keçirilib.

APA-nın məlumatına görə, Rossotrudniçestvonun Bakı nümayəndəliyi, RMİM tərəfindən təşkil olunmuş tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin, rus icmasının, Bakı Musiqi Akademiyasının nümayəndələri, yaradıcı ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rus İcması yanında Rus Mədəniyyəti Mərkəzinin direktoru Svetlana Barinova A.Vertinskinin həyat və yaradıcılığı barədə danışıb, Rus Dram Teatrının aktyoru Lyudmila Duxovnayanın ifasında yubilyarın şerləri səslənib, Müəllif Mahnısı Klubunun üzvləri onun mahnılarını ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR