Bank Of Baku

“Təxəllüsü Mixaylo” filmi Lipetskdə keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq

“Təxəllüsü Mixaylo” filmi Lipetskdə keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq
# 29 aprel 2009 11:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayın 22-dən 31-dək Lipetskdə keçiriləcək “Qızıl cəngavər” XVIII Beynəlxalq Film Festivalında Azərbaycan da təmsil olunacaq. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, festivalda Azərbaycandan Mehdi Hüseynzadənin həyatından bəhs edən “Təxəllüsü Mixaylo” sənədli filmi nümayiş olunacaq. Festivalda sözügedən film sənədli filmlər müsabiqəsində iştirak etmə hüququ qazanıb. Bu müsabiqədə “Təxəllüsü Mixaylo” Belarus, Bolqarıstan, İsrail, Qazaxıstan, Rusiya, Serbiya, Özbəkistan, Ukraynada istehsal olunan sənədli filmlərlə rəqabət aparacaq. Festivalda ümumilikdə altı müsabiqə keçiriləcək. Qeyd edək ki, “Təxəllüsü Mixaylo” sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi İntiqam Qasımzadə, operator Elşən Həsənoğlu, icraçı prodüseri Kamil Məmmədovdur. Film 2008-ci ildə “Salnamə” sənədli filmlər studiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR