Bank Of Baku

Azərbaycanda “Friderik Şopen İli” qeyd olunacaq

Azərbaycanda “Friderik Şopen İli” qeyd olunacaq
# 29 aprel 2009 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Polşa Parlamenti tərəfindən 2010-cu il “Friderik Şopen İli” elan edilib. Bununla əlaqədar 2009 və 2010-cu illərdə bütün dünyada polyak bəstəkarın həyat və yaradıcılığına həsr olunan bir sıra mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bu məqsədlə Azərbaycanda Şopen ili üzrə Fəxri Komitə təşkil edilib. Komitəyə Polşa Respublikasının Bakıdakı səfirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Filarmoniyası və Bakı Musiqi Akademiyası daxildir.

Azərbaycanda Şopen ilinin qeyd olunması dünya şöhrətli bəstəkarın əsərlərindən ibarət qala-konsertlə başlayacaq. İlk konsert mayın 6-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR