Bank Of Baku

Daşkənd Milli Sənət Mərkəzində Azərbaycan və Özbəkistanın mədəni və ədəbi birliyini əks etdirən tədbir keçirilib – FOTOSESSİYA

Daşkənd Milli Sənət Mərkəzində Azərbaycan və Özbəkistanın mədəni və ədəbi birliyini əks etdirən tədbir keçirilib – <font color=red> FOTOSESSİYA</font>
# 29 aprel 2009 16:14 (UTC +04:00)
Daşkənd. Ləman Ağayeva-APA. Azərbaycanın Özbəkistandakı səfirliyi bu gün Daşkənd Milli Sənət Mərkəzində Azərbaycan və Özbəkistanın mədəni və ədəbi birliyini əks etdirən tədbir keçirib. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, Özbəkistan rəsmiləri və deputatların, diplomatik korpus nümayəndələrinin, Azərbaycan diasporu fəallarının və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə azərbaycanlı alim Almaz Ülvinin “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” adlı kitabının təqdimatı keçirilib. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasov öz çıxışında qeyd edib ki, ötən il Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri zamanı humanitar əməkdaşlıq çərçivəsində imzalanan bəyannamə tarixən dost olan iki xalqın ədəbi, mədəni, tarixi əlaqələrinin təsdiqidir: “Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri zamanı böyük özbək şairi Əlişir Nəvainin abidəsinin açılışı oldu. Uzun illərdir ki, Daşkəndin mərkəzi küçələrindən birində isə Nizami Gəncəvinin heykəli ucalır. YUNESKO-nun qərarı ilə azərbaycanlı fırça ustası, ölməz sənətkar Səttar Bəhlulzadənin və Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərinin 100 illiyi tədbirləri qardaş və doğma Özbəkistanda da Azərbaycan səfirliyinin köməkliyi ilə keçiriləcək”.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti İslam Kərimovun iştirakı ilə Bakıda Əlişir Nəvainin heykəlinin açılış mərasimindən hazırlanan sənədli filmin nümayişindən sonra, yazıçı alim Almaz Ülvi (Binnətova) öz kitabını qonaqlara və Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edib. Özbəkistan Şərqşünaslıq İnstitutunun professoru , filologiya elmləri doktoru Süyüm Qaniyeva, Nəvai adına Milli Kitabxananın müdir müavini İrina Maminova da Azərbaycan-Özbəkistan ədəbi əlaqələri, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı haqqında dərin məzmunlu çıxışlar ediblər. Tədbirin bədii hissəsində bu ilin mart ayında Bakıda keçirilən Beynəlxalq Muğam festivalının laureatı Yulduz Tutrdiyeva və Daşkənddə yaşayan həmyerlimiz Yusif Əliyev çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR