Azərbaycan Etnoqrafiya Muzeyinin baş planının layihəsinin hazırlanması üzrə müsabiqə elan edilib
Layihə ətraf ərazinin memarlıq həcmi, planlaşdırma həlli ilə birlikdə təqdim edilməlidir.
Açıq səma altında muzeylərin təşkili sahəsində dünyanın ən nümunəvi muzeylərinin iş təcrübəsi, etnoqrafik muzeyşünaslıq sahəsində elmin son nailiyyətləri nəzərə alınmalıdır. Müsabiqədə iştirak edən memar, heykəltaraş və ya rəssamlara tövsiyə olunur ki, layihənin hazırlanmasına bu sahədə müvafiq bilik və təcrübəyə malik muzey işçiləri, etnoqrafları, tarixçiləri, ədəbiyyatçıları və digər mütəxəssisləri cəlb etsinlər.
Gələcək muzeyin sahəsi Azərbaycanın bütün tarixi-etnoqrafik bölgələrini, ümumilikdə “Miniatür Azərbaycanı” xatırlatmalıdır. Muzeyin baş planı tərtib olunmalı və burada bütün aparıcı eksponatlar öz əksini tapmalıdır (xalq yaşayış evləri, təsərrüfat tikililəri, ictimai tikililər, dini abidələr, su və yel dəyirmanları, sənətkarlıq emalatxanaları, xırman yeri, xalq nəqliyyat vasitələri, çəltik təmizləmək üçün su dingi, ayaq dingi və s.).
Muzeyin təşkili üçün Azərbaycan üzrə eksponatların toplanması işi həyata keçirilir. İtirilmiş etnoqrafik abidələr və predmetlərin arxiv sənədləri və fotoşəkillər əsasında bərpa etmək nəzərdə tutulur. Evlərin daxili səhmanı üçün əşyalar toplamaq da çox vacib məsələdir. Muzeydə şərti olaraq Azərbaycanın bütün tarixi etnoqrafik bölgələri (Şirvan, Qarabağ, Naxçıvan, Abşeron, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Aran, Gəncəbasar, Qərbi Azərbaycan bölgələri) öz əksini tapmalıdır. Lakin muzeyin leytmotivi vahid Azərbaycan mədəniyyəti olmalıdır. Hər bir bölgə öz təbii-coğrafi şəraitini və etnoqrafik infrastrukturunu əks etdirməlidir. Bütün eksponatlar qarşılıqlı vəhdət və əlaqədə olmalıdır. Bütün sənətkarlıq emalatxanaları, toxuculuq dəzgahları və s. işlək vəziyyətdə olmalıdır. Muzey əməkdaşları və kompleksə tamaşaya gələnlər üçün funksional otaqlar yerləşən bina və qurğuların yerləşməsi baş planda öz əksini tapmalıdır. İşlər Mədəniyyət və Turizm Nazirliyinə cari ilin sentyabrın 1-dək təqdim edilməlidir. Müsabiqənin qalibləri üçün hər biri müvafiq olaraq 30 min, 20 min və 10 min manat məbləğlərində I, II və III dərəcəli mükafatlar təsis edilir. Müsabiqənin qalibi elan edilmiş işlər dövlət mülkiyyəti sayılmaqla, Mədəniyyət və Turizm Nazirliyin istifadəsinə verilir.
Mədəniyyət siyasəti
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb
Əməkdar artist Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edilib
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Xəbər Lenti
Putin-Uitkoff-Kuşner danışıqları iki saatdan çoxdur davam edir - VİDEO - YENİLƏNİB-1
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur