Bank Of Baku

Azərbaycan Tiflisdə keçirilən “Şəhərlər mədəniyyətlərarası dialoqun mərkəzi kimi – Cənubi Qafqaz” adlı konfransda təmsil olunub

Azərbaycan Tiflisdə keçirilən “Şəhərlər mədəniyyətlərarası dialoqun mərkəzi kimi – Cənubi Qafqaz” adlı konfransda təmsil olunub
# 01 may 2009 13:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Tiflis şəhərində keçirilən “Şəhərlər mədəniyyətlərarası dialoqun mərkəzi kimi – Cənubi Qafqaz” adlı konfransda təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, YUNESKO-nun “Mədəniyyətlərarası Dialoqun Qafqaz Perspektivləri” adlı layihəsi çərçivəsində Tiflis şəhərində keçirilmiş sözügedən konfransda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev təmsil edib. Sözügedən tədbirdə Azərbaycanla yanaşı Ermənistan və Gürcüstan respublikalarının müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Konfransın keçirilməsində əsas məqsəd regionda mədəniyyətlərarası dialoq prinsipinin bərqərar olması istiqamətində müzakirələrin və hər bir dövlətdə mövcud sahədə görülmüş işlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR