Bank Of Baku

Bakıda “Uşaq Muzeyi Yaradaq” adlı beynəlxalq seminar keçirilir

Bakıda “Uşaq Muzeyi Yaradaq” adlı beynəlxalq seminar keçirilir
# 04 may 2009 09:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Uşaq muzeyi yaradaq” adlı beynəlxalq seminar keçirilir. APA-nın məlumatına görə, seminar 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Qırğızıstan “Muzeylər Təşəbbüsü Mərkəzi” ilə birlikdə Bişkek və Bakı şəhərlərində aparıcı muzeylərin bazasında uşaq mərkəzlərinin yaradılması ilə bağlı hazırlanan layihə əsasında keçirilir. İki günlük beynəlxalq seminarda “Rusiyada və Avropada uşaq muzeyləri, tarixi və təcrübəsi”, “İnteraktiv muzey nədir?”, “Muzey marketinqi. Uşaq muzeylərində yeni xidmətlər” adlı məruzələr oxunacaq və qruplar üzrə işlər təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR