Bank Of Baku

Almatıda “Sivilizasiyalararası dialoqda türk dünyasının rolu” mövzusunda beynəlxalq simpozium keçirilib

Almatıda “Sivilizasiyalararası dialoqda türk dünyasının rolu” mövzusunda beynəlxalq simpozium keçirilib
# 05 may 2009 08:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. TÜRKSOY Beynəlxalq Təşkilatı, Qazaxıstanın Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Siyasəti və Sənətşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Almatıda “Sivilizasiyalararası dialoqda türk dünyasının rolu” mövzusunda beynəlxalq simpozium və “Türkdilli xalqların ümumi qeyri-maddi mədəni irsinin inventarlaşdırılması” mövzusunda TÜRKSOY-un iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Almatı şəhərində keçirilən iclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Qeyri-maddi mədəni irs bölməsinin müdiri Yaşar Hüseynli iştirak edib. Tədbirdə TÜRKSOY Beynəlxalq Təşkilatının baş direktoru D. Kaseinov və baş direktorun müavini F. Purtaş, TÜRKSOY iştirakçı-dövlətlərinin rəsmi nümayəndələri, həmçinin, YUNESKO üzrə Türkiyə Milli Komissiyasının sədri M. Ekici, Qırğızıstan Respublikası Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun direktoru A. Axmataliyev, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini İ. Zaytsev, Orta Asiya üzrə YUNESKO Tədqiqat İnstitutunun Direktoru Ş.Mustafayev, Yaponiyalı professor X.Toşi, Rusiyada nəşr olunan “Konservator” jurnalının baş redaktoru R. Arifcanov, Qazaxıstan Respublikasının rəsmiləri və aparıcı ziyalıları və digərləri çıxış ediblər. Tədbirin sonunda Almatı bəyanatı qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR