Bank Of Baku

Düşənbədə caz festivalı keçirilib

Düşənbədə caz festivalı keçirilib
# 05 may 2009 08:47 (UTC +04:00)
Düşənbə. Ləman Ağayeva - APA. Tacikistanın paytaxtı Düşənbə şəhərində caz festivalı keçirilib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistandan olan caz ansambllarının qatıldığı festivalda Azərbaycanı Bakı Musiqi Akademiyasının dekanı Gülzar Mahmudovanın rəhbərliyi ilə “Caspian Jazz Group” ansamblı təmsil edib. Festival çərçivəsində 3 qala-konsert, master-klasslar, mühazirə-konsert və dəyirmi masalar təşkil olunub. “Caspian Jazz Group”un Tacikistan Milli Konservatoriyasındakı qala-konserti caz həvəskarları və təşkilatçılar tərəfindən maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR