Bank Of Baku

Qazaxıstanda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası əsasında hazırlanmış müziklin təqdimatı keçirilib

Qazaxıstanda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası əsasında hazırlanmış müziklin təqdimatı keçirilib
# 05 may 2009 13:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qazaxıstanda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası əsasında hazırlanmış müziklin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tamaşanın nümayişi M. Auzov adına Qazaxıstan Akademik Milli Dram Teatrında gerçəkləşib. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun bu əsərinə Tunqışbay əl-Tarazi quruluş verib. Qeyd edək ki, sovetlər dövründə bu əsər Avropa və Asiyanın 136 ölkəsində nümayiş olunub və 75 dilə tərcümə edilib. Qazaxıstan tamaşaçıları isə Üzeyir Hacıbəyovun əsərinə ilk dəfə tamaşa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR