Bank Of Baku

Azərbaycanlı şagirdlər Belarusda keçirilən festivalın diplomlarına layiq görülüblər

Azərbaycanlı şagirdlər Belarusda keçirilən festivalın diplomlarına layiq görülüblər
# 05 may 2009 13:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Belarusun Mozır şəhərində “Zemlya pod belımi krılyami” adlı Gənc İstedadların VI Beynəlxalq Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festivalda Azərbaycan Bakı şəhər 12 nömrəli Uşaq Musiqi Məktəbinin və 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri təmsil ediblər. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Moldova, Litva, Latviya, Estoniya, Rumıniya, Bolqarıstan musiqiçiləri də iştirak ediblər. Beş yüz nəfərdən çox iştirakçısı olan festivalda ölkəmizi festival çərçivəsində keçirilən müsabiqənin nəticəsinə görə 12 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Şamil Məmmədov solo-vokal (estrada) nominasiyası üzrə I dərəcəli diploma, Vüqar Məmmədov solo-vokal (xalq yaradıcılığı) nominasiyası üzrə xüsusi diploma, 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Cabbar Səttarov və Vüsalə Babayeva isə milli rəqs nominasiyası üzrə I dərəcəli diploma layiq görülüblər. Eyni zamanda Azərbaycanı təmsil edən nümayəndə heyəti Qomel vilayətinin bir neçə yaşayış məntəqəsində fərdi konsert proqramı ilə çıxış edərək milli musiqi və rəqslərimizi nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR