Bank Of Baku

“Azəri-Türk” Qadınlar Birliyi Türklük Günü münasibəti ilə tədbir keçirib

“Azəri-Türk” Qadınlar Birliyi Türklük Günü münasibəti ilə tədbir keçirib
# 05 may 2009 16:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 3 may - Türklük Günü münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, “Azəri-Türk” Qadınlar Birliyinin təşəbbüsü ilə keçirilən tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin ifası ilə başlayıb. Tədbirdə çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycanla Türkiyə hər zaman qardaş ölkə olaraq bir yerdə olacaqlar: “Türkiyədə terror hadisələrin sayı çoxalıb. Ancaq hər bir halda biz Azərbaycan olaraq daima Türkiyənin yanındayıq”. Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Erkan Özoral isə Azərbaycan və Türkiyəni daima bir yerdə olacağını bildirib. Gecədə Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəq və Araz Elsəs öz milli mahnıları ilə çıxış ediblər. Tədbirdə iştirak edən çoxsaylı tələbələr həm Azərbaycanın, həm də Türkiyənin bayraqlarını dalğalandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR