Bank Of Baku

Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşanın işğalının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirəcək

Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşanın işğalının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirəcək
# 06 may 2009 09:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşanın işğalının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirəcək. Teatrdan APA-ya bildirilib ki, “Ürəyimin şüşəsi Şuşa” adlı tədbirdə Şuşa ilə bağlı xatirələr, fikirlər söyləniləcək.

Çıxışlardan sonra isə Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Aygün Həsənoğlunun “Adsız qadın” tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur. Tamaşada əməkdar artisti Şükufə Musayeva və aktyor Etibar Cəfərov çıxış edəcək.

Tədbir mayın 7-də “Azərsun Holding”in Mədəniyyət Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR