Bank Of Baku

Azərbaycan İstiqlal Muzeyində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş sərgi təşkil olunub

Azərbaycan İstiqlal Muzeyində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə  həsr olunmuş sərgi təşkil olunub
# 07 may 2009 10:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Xalqımızın zəhmətkeş atası” adlı sərgi təşkil olunub. APA-nın məlumatına görə, Respublika Uşaq Təşkilatı ilə birgə təşkil olunan sərgidə ilk dəfə olaraq Heydər Əliyevin muzeyin fondunda saxlanılan və Baş Arxiv İdarəsinin kinoşəkil-sənədlər arxivindən əldə edilmiş müxtəlif dövrlərdə uşaqlarla birlikdə çəkdirdiyi foto şəkillər nümayiş olunur. Sərginin açılış mərasimində çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, Azərbaycanda dövlət uşaq siyasətinin həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. 2009-cu ilin “Uşaq ili” olduğunu xatırladan F. Şəmsi Heydər Əliyev Fondunun da əsas fəaliyyət istiqamətlərinin uşaqların sağlamlığı, səhhəti ilə bağlı olduğunu bildirib. Tədbirdə Heydər Əliyevə həsr olunmuş “Mənim sevimli Heydər babam” adlı inşa yazı müsabiqəsinin qalibləri elan olunub, Bülbül adına Musiqi Məktəbinin şagirdləri tərəfindən musiqili kompozisiya ifa edilib. Sərgidə Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların əsgər və zabit heyəti, Milli Aviasiya Akademiyasının tələbələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR