Bank Of Baku

Azərbaycan Beynəlxalq “Global Village” festivalına ikinci dəfə ev sahibliyi edəcək

Azərbaycan Beynəlxalq “Global Village”  festivalına ikinci dəfə ev sahibliyi edəcək
# 09 may 2009 11:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Beynəlxalq “Global Village” festivalına ikinci dəfə ev sahibliyi edəcək. APA-nın məlumatına görə, “Global Village” festivalı Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyası (AIESEC) təşkilatı tərəfindən keçirilir. Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq “Global Village” festivalında gənclər 25-dən artıq ölkənin mədəniyyətini təqdim etməklə bərabər, bu ölkələrin adət-ənənələri, milli mətbəxi, rəqsləri və musiqisi haqqında ətraflı məlumatlar verəcəklər.
Qeyd edək ki, AIESEC bu il Azərbaycanda fəəliyyətinin və Azərbaycanın Beynəlxalq AIESEC təşkilatına tam hüquqlu üzv olmasının 3 ilini qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR