Bank Of Baku

Şəkidə “Dekorativ tətbiqi sənət” sərgi festivalı keçirilib

Şəkidə “Dekorativ tətbiqi sənət” sərgi festivalı keçirilib
# 15 may 2009 16:05 (UTC +04:00)
Şəki. Vüqar Heydərov. APA. Şəkidə “Dekorativ tətbiqi sənət” sərgi festivalı keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Rəssamlar İttifaqının Şəki təşkilatının sədri Tahir Həmidli məlumat verib. Onun sözlərinə görə, bu gün Şəkidə keçirilən sərgi festivalı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib. Sərgidə ölkənin Şimal-qərb bölgəsinin rayonlarında (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ) yaradıcılıqla məşğul olan rəssamlarının yaratdığı dekorativ tətbiqi sənət işləri ilə birgə ətraf Yevlax, Ucar, Ağdaş Göycay rayonlarını təmsil edən sənətkarların yaratdığı sənət işləri nümayiş etdirilib. Sərgidə qalibləri Mədəniyyət və Turizm Nazirliyinin dekorativ sənət şöbəsinin rəhbəri Leyla Axundzadə, Dövlət Rəsm Qalereyasının və Dövlət İncəsənət Muzeyinin rəhbər işçiləri müəyyənləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR