Bank Of Baku

“Eurovision-2009” bitdi

“Eurovision-2009” bitdi
# 17 may 2009 00:08 (UTC +04:00)
Azərbaycan təmsilçiləri ifa etdikləri “Always” (“Hər zaman”) mahnısı ilə finalda yüksək nəticəyə nail olublar. Azərbaycan təmsilçiləri 25 ölkə arasında 3-cü yeri tutublar. 1-ci yeri isə əslən Belarusdan olan Norveç ifaçısı Aleksandr Rıbak qazanıb. O, 387 xal toplayıb. Bununla da Norveç 3-cü dəfə bu müsabiqənin qalibi olub. İkinci yer İslandiyaya nəsib olub. Müsabiqədə Türkiyəni təmsil edən və böyük ümidlər bəslənən Hadisə 4-cü yerlə kifayətlənməli olub. İlk beşliyi isə Böyük Britaniya qapadıb.

Qeyd edək ki, finalda Azərbaycana yalnız Türkiyə 12 xal verib. Qarşılıqlı olaraq Azərbaycan da Türkiyəyə 12 xal göndərib. Finalda diqqət çəkən maraqlı məqam isə Ermənistanın Azərbaycana 1 xal verməsi olub. Azərbaycandan isə bu ölkəyə xal verilməyib. Bununla da, 54-cü “Eurovision” müsabiqəsi başa çatıb. 55-ci müsabiqə Norveçin paytaxtı Osloda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR