Bank Of Baku

Azərbaycanla Kuba arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Kuba arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb
# 18 may 2009 10:29 (UTC +04:00)
Bakı. Viktoriya Demetyeva – APA. Bakıda Azərbaycanla Kuba arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sazişə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Kubanın xarici yatırımlar və regional inkişaf nazirinin müavini Rikardo Herrero Blanko imza atıblar. Bu barədə APA-ya Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres məlumat verib. O bildirib ki, sazişdə birgə mədəni tədbirlərin, simpoziumların, yarmarkaların, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur.

R. H. Blanko Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə də görüşüb. Sabah Azərbaycan-Kuba hökumətlərarası komissiyasının ikinci iclası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR