Bank Of Baku

Azərbaycan prezidenti Yazıçılar Birliyi və Bəstəkarlar ittifaqının 75 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamlar imzalayıb

Azərbaycan prezidenti Yazıçılar Birliyi və Bəstəkarlar ittifaqının 75 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamlar imzalayıb
# 18 may 2009 17:32 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Yazıçılar Birliyi və Bəstəkarlar ittifaqının yaranmasının, həmçinin “Ədəbiyyat qəzeti”nin nəşrə başlamasının 75 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamlarda bu ədəbiyyat və mədəniyyət ocaqlarının fəaliyyətə başladığı vaxtdan etibarən müxtəlif sınaqlardan keçdiyi, xalqımızın mədəniyyət tarixinin və mənəvi sərvətlər xəzinəsinin qorunub saxlanması işində öz vəzifəsini layiqincə yerinə yetirdiyi vurğulanıb.

Sərəncama görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə bu mədəniyyət ocaqlarının 75 illik yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR