Bank Of Baku

Rza Əfqanlının xatirə gecəsi keçiriləcək

Rza Əfqanlının xatirə gecəsi keçiriləcək
# 19 may 2009 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı görkəmli teatr və kino xadimi, xalq artisti Rza Əfqanlının anadan olmasının 110 illiyi münasibəti ilə xatirə gecəsi keçirəcək. Teatrdan APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə keçiriləcək gecə Musiqili Komediya Teatrının binasında baş tutacaq. Gecəsinin aparıcısı xalq Artisti Rafiq Əzimov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhrəm Osmanovdur.

Qeyd edək ki, R. Əfqanlı «Bakılılar», «Kəndlilər», «Yeni horizont», «O olmasın, bu olsun», «Aygün», «Sevil», «Mən ki, gözəl deyildim», «Qanun naminə» və «Dağlarda döyüş» filmlərində yaratdığı obrazlarla neçə nəsil tamaşaçıların rəğbətini qazanıb. O, həmçinin teatr səhnəsində də bir sıra yaddaqalan rollar ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR