Bank Of Baku

“Müslüm Maqomayev. Bu musiqi daim mənimlədir” adlı sərginin açılış mərasimi keçirilib

“Müslüm Maqomayev. Bu musiqi daim mənimlədir” adlı sərginin açılış mərasimi  keçirilib
# 20 may 2009 08:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində “Müslüm Maqomayev. Bu musiqi daim mənimlədir...” adlı sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, M. Maqomayevin doğma və sevimli şəhəri Bakıya həsr olunmuş sərginin müəllifi rusiyalı rəssam İrina Zaqovorçevadır. Sərgidə Bakıya həsr olunmuş 22 rəsm və 19 fotoşəkil nümayiş olunur. Mərkəzin rəhbəri Ənvər Şeyxov bildirib ki, bu sərgi rəssamın 51-ci fərdi sərgisidir. Rəssamın 2008-ci ildə Bakıda “Sentimental səyahət” adlı ilk sərgisi keçirib. İ. Zaqovorçeva M. Maqomayevə həsr etdiyi sərginin ilk dəfə Moskva Dumasında sərgiləndiyini söyləyib. O söz verib ki, bu sərginin davamı da olacaq.

Sərgi 3 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR