Bank Of Baku

Bakıda Berlin İncəsənət Xadimləri Birliyinin üzvü olan rəssamların sərgisi açılıb

Bakıda Berlin İncəsənət Xadimləri Birliyinin üzvü olan rəssamların sərgisi açılıb
# 20 may 2009 11:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Rəssamlıq Akademiyasında Berlin İncəsənət Xadimləri Birliyinin sərgisi açılıb. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının sədri Ömər Eldarov sərgidə Berlindən olan 7 rəssamın Ute Faber, Susanne Knaak,Vera Krikhan, Monika Ortmann, Sabine Şnayder, Hans Stayn, Rene Ştrekerin rəsm əsərlərinin nümayiş olunduğunu deyib. Ö. Eldarov bildirib ki, sərgi Azərbaycanda Alman həftəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxildir. Rektor tədbirin ən önəmli tərəflərindən biri kimi Berlin İncəsənət Akademiyasının rektoru Martin Renetsin Bakıya gəlməsini qeyd edib. Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina, Berlin İncəsənət Akademiyasının rektoru Martin Renets Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. M. Renets bundan sonra Azərbaycana daha tez-tez səfər edəcəyini vurğulayıb. O, Azərbaycan Rəssamlıq Akademiyası ilə Berlin İncəsənət Akademiyasının daha sıx əməkdaşlıq edəcəyini qeyd edib. M. Renets Berlin İncəsənət Xadimləri Birliyinin Almaniyanın ilk və ən zəngin ənənələrə malik təşkilatı olduğunu deyib. Sərginin nümayişi iyunun 10-na kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR