Bank Of Baku

İslam Konfransı Gənclər Forumunun nümayəndələri Aysel və Araşla görüş keçirib

İslam Konfransı Gənclər Forumunun nümayəndələri Aysel və Araşla görüş keçirib
# 21 may 2009 07:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər
Forumunun (DƏ-İKGF) nümayəndələri “Eurovision-2009” müsabiqəsində ölkəmizə 3-cü yer bəxş etmiş Aysel və Araş dueti ilə görüş keçirib. APA-nın İKGF-ya istinadən verdiyi məlumata görə, Bakıda işgüzar səfərdə olan Forumun baş katibi Elşad İsgəndərov və Forumun Bakı ofisinin nümayəndələri gözəl və uğurlu çıxışa görə Aysel və Araşı təbrik edib, Forumun həyata keçirdiyi müxtəlif yönlü fəaliyyətlər haqqında fikir mübadiləsi aparıblar. Görüş zamanı xüsusilə DƏ-İKGF-nin sivilizasiyaların dialoqu ilə bağlı fəaliyyətlərinə toxunulub və Forumun bu sahədə qlobal miqyasda fəaliyyət göstərən, həmçinin BMT-nin himayədarlığı ilə keçən ay İstanbulda qurulan Sivilizasiyaların Dialoqu uğrunda Gənclərin Qlobal Hərəkatında təmsil olunan İslam Konfransı Təşkilatını (İKT) ölkələrini təmsil edən yeganə beynəlxalq təşkilat olduğu qeyd edilib. DƏ-İKGF-nin reallaşdırdığı layihələrə böyük maraq göstərən məşhur müğənni Araş Forum ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Sonda Forum adından duetə xatirə hədiyyəsi təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR