Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Teatrı Türk Dünyası Teatr Günlərinə dəvət alıb

Azərbaycan Dövlət Akademik Milli Teatrı Türk Dünyası Teatr Günlərinə dəvət alıb
# 21 may 2009 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Milli Teatrı III Türk Dünyası Teatr Günlərinə dəvət alıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda kollektiv Türkiyəyə qastrol səfərinə hazırlaşır. Kollektiv Mersin bölgəsinin Tarsus qəsəbəsində Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasını nümayiş etdirəcək. Ümumiyyətlə, Akademik Milli Teatrın son vaxtlar Türkiyədə uğurla nümayiş etdirdiyi tamaşalar qardaş ölkədə böyük əks-səda yaradıb. Bu səbəblə teatr Türkiyənin müxtəlif şəhərlərindən çoxsaylı dəvətlər almaqdadır. Artıq Ankara, Mersin şəhər bələdiyyələri və Adananın Ceyhan qəsəbə bələdiyyəsindən dəvətlər gəlib, hazırda Adana şəhər bələdiyyəsi ilə danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR