Bank Of Baku

Akademik Milli Teatrın kollektivi “Ölüləri qəbristanlıqda basdırın” tamaşasını nümayiş etdirəcək

Akademik Milli Teatrın kollektivi “Ölüləri qəbristanlıqda basdırın” tamaşasını nümayiş etdirəcək
# 21 may 2009 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Milli Teatrının kollektivi xalq yazıçısı İsmayıl Şıxlının 90 illik yubileyi münasibətilə onun əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşaçıların çoxsaylı istək və arzusundan sonra teatrın yaradıcı heyəti Qazax, Şəmkir və Gədəbəy rayonlarında İsmayıl Şıxlının “Ölüləri qəbristanlıqda basdırın” tamaşasını nümayiş etdirməyi qərara alıb. İyunun 28-də oynanılacaq tamaşada baş rolları əməkdar artistlər Münəvvər Əliyeva və Rövşən Kərimduxt, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Sevil Xəlilova, Kazım Abdullayev, Mətanət Atakişiyeva və başqaları ifa edəcəklər. Tamaşanın quruluşçu rejissoru Rövşən Almuradlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR