Bank Of Baku

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb
# 23 may 2009 08:32 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbulun Beşiktaş məhəlləsindəki “Girgin” sənət qalereyasında azərbaycanlı rəssam Lətafət Məmmədovanın yağlı boya əsərlərindən ibarət sərgisi açılıb. APA-nın TÜrkiyə bürosunun məlumatına görə, sərgidə rəssamın şəxsi emalatxanasında dərs verdiyi “Bazar ertəsi” qrupu tələbələrinin tabloları da nümayiş etdirilir. Bu, L. Məmmədovanın indiyə qədər Türkiyənin müxtəlif şəhərlərində keçirilən iyirminci sərgisidir.

Türkiyənin sənət dairələrinin maraqla qarşıladığı sərginin açılışında Beşiktaş bələdiyyəsinin orkestri kiçik konsertlə çıxış edib.

2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetdə kafedra müdiri olarkən dövlətin dəvəti ilə Türkiyəyə gələn L. Məmmədova 4 il əvvəl İstanbulun Yeşılköy səmtində özünün sənət atelyesini yaradıb. İndi onun 80 tələbəsi var. L. Məmmədova hər tədris ilinin sonunda tələbələri ilə sərgilər açır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR