Bank Of Baku

IX Bakı Kitab Bayramı keçiriləcək

IX Bakı Kitab Bayramı keçiriləcək
# 25 may 2009 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda “Kitab oxumaq dəbdədir” devizi altında IX Bakı Kitab Bayramı keçiriləcək. Yeni Yazarlar və Sənətçilər Qurumundan APA-ya bildirilib ki, tədbirdə “İlin kitabı” Kulturoloji Müsabiqəsi qaliblərinin mükafatlandırılması, nəşriyyatlar və müəlliflərin iştirakı ilə yeni kitabların sərgisi, ötən ilin dəyərli kitabları və mədəniyyət hadisələrinin fərqləndirilməsi, müəlliflərlə naşirlərin, yazarlarla oxucuların görüşünün keçirilməsi nəzərdə tutulur. Tədbir Yeni Yazarlar və Sənətçilər Qurumu, Gənclər və İdman Nazirliyi, Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR