Bank Of Baku

Azərbaycan Dövlət İstiqlal Muzeyində 28 may - Respublika Gününə həsr olunmuş sərgi keçirilib

Azərbaycan Dövlət İstiqlal Muzeyində 28 may - Respublika Gününə həsr olunmuş sərgi keçirilib
# 26 may 2009 09:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət İstiqlal Muzeyinin ekspozisiya zalında 28 may – Respublika Gününə həsr olunmuş “Biz müstəqilliyimizin varisiyik” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, sərgi Tofiq İsmayılov adına “Uşaq dünyası” rəsm qalereyası ilə birgə keçirilib və sərgidə həmin qalereyanın şagirdlərinin rəsm əsərləri nümayiş olunub. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi 1991-ci ildən etibarən 28 may tarixinin Respublika Günü kimi qeyd olunduğunu bildirib. Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Ağəli İbrahimov Respublika Günü münasibəti ilə keçirilən tədbiri gözəl addım kimi qiymətləndirdiyini vurğulayıb. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, T. İsmayılov adına “Uşaq dünyası” qalereyasının şagirdləri, C. Naxçıvanski adına hərbi liseyin müdavimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR