Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri İlyas Əfəndiyevin qəbrini ziyarət ediblər

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri İlyas Əfəndiyevin qəbrini ziyarət ediblər
# 26 may 2009 10:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin anadan olmasının 95 illiyi münasibətilə onun Fəxri Xiyabanındakı qəbrini ziyarət ediblər. APA-nın məlumatına görə, ziyarət mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, İlyas Əfəndiyevin yaradıcılığında doğma Qarabağ, Azərbaycanın bütövlüyü və gələcəyi daim qırmızı xətt kimi keçib. Hər il teatr mövsümünün İ. Əfəndiyevin yaradıcılığı ilə başlandığını xatırladan nazir deyib ki, mərhum yazıçı klassik dramaturgiya ilə yanaşı, psixoloji lirik dramaturgiya sahəsində də ölməz əsərlər yaradıb.

Yazıçının oğlu, baş nazirin müavini Elçin Əfəndiyev isə qeyd edib ki, İ. Əfəndiyev öz əsərlərinin böyük əksəriyyətini sovet dövründə yazsa da, bu əsərlər müstəqil Azərbaycanın vətəndaşlarının da sevimli əsərləri olaraq qalır: “Çünki bu əsərlərdə xalqın ruhu və duyğuları öz əksini tapıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR