Bank Of Baku

Bakıda IX Bakı Kitab Bayramı keçirilib

Bakıda IX Bakı Kitab Bayramı keçirilib
# 26 may 2009 13:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada IX Bakı Kitab Bayramı - Azərbaycanda illik milli kulturoloji layihəsi çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən milli kulturoloji müsabiqə, ədəbi görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan builki IX Bakı Kitab Bayramının Azərbaycan Xalq Cümhuriyyətinin 91, Azərbaycan Yazıçılar Birliyinin 75, Cəlil Məmmədquluzadənin 140 illiyinə, eləcə də “İslam Mədəniyyəti Paytaxtl: Bakı-2009” kimi əlamətdar hadisələrə həsr olunduğunu deyib. O bildirib ki, builki sərgidə mərhum dövlət başçısı Heydər Əliyev ekspozisiyası, Türkiyə və Misir Mədəniyyət Mərkəzlərinin xüsusi stendləri, uşaq ədəbiyyatı və kitabına, elektron nəşrlər, Qarabağa və başqa mövzulara aid xüsusi guşələr nümayiş olunur. M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov sərgidə yeni kitablara ictimai baxışın da keçirildiyini vurğulayıb. Tədbirin davamında 2008-ci ilin ayrı –ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinin – Milli Kulturoloji Mükafatın qaliblərinin adları açıqlanıb. IX Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyasının son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı ədəbi-mədəni və kitab-nəşr layihələrinin sırasında 25 iş uğurlu sayılıb. “2008-ci ilin bədii-sənədli kitabı” nominasiyasında “Heydər Əliyev: şəxsiyyət və zaman” çoxcildliyin müəllifi Elmira Axundova, “2008-ci ilin mədəniyyət dostu” nominasiyasında “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”nin sədri İlham İsmayılov, “2008-ci ilin dəyərli nəşriyyatı” nominasiyasında “Aspoliqraf” nəşriyyatının direktoru Tural Axundov, “2008-ci ilin poeziya kitabı” nominasiyasında şair Vaqif Bayatlının “Yupyumru bir eşq ilə” poetik toplusu, “2008-ci ilin tarixi romanı” nominasiyasında yazıçı Yunus Oğuzun “Nadir şah” tarixi əsəri, “2008-ci ilin etnoqrafik kitabı” nominasiyasında yazıçı Etibar Sturvinin “Stur haqqında kitab” tədqiqat əsəri mükafata layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR