Bank Of Baku

Ukraynada Azərbaycan mədəniyyəti günləri keçirilib

Ukraynada Azərbaycan mədəniyyəti günləri keçirilib
# 26 may 2009 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında protokola əsasən Ukraynada Azərbaycan Mədəniyyəti günləri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Azərbaycandan Ukraynaya yola düşən 80 nəfərlik nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edib. Məlumatda bildirilib ki, Kiyev Milli Rəssamlar İttifaqında Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət sərgi açılıb. Sərgidə hər iki ölkənin mədəniyyət və turizm nazirləri Əbülfəs Qarayev və Vasil Vovk iştirak edib. Tədbirdə çıxış edən Ə. Qarayev bildirib ki, ekspozisiyada ötən əsrin 60-cı illərindən tutmuş müasir dövrümüzədək müxtəlif nəsillərdən olan rəssamların əsərləri təqdim olunub: “Əsərləri burda nümayiş olunan bəzi rəssamların əsərləri məşhur Sotbis hərracına çıxarılacaq. Bu isə Azərbaycan təsviri sənət məktəbinin dünyada tanınmasından xəbər verir. İyunun 5-də isə rəssamlarımızın əsərləri Venesiyadakı Beynəlxalq Müasir İncəsənət Biennalisində sərgilənəcək”.
Vasil Vovkun da bu sərginin Ukrayna sənətsevərləri üçün əsl bayram olduğunu deyib. Sonra Milli Filarmoniyada Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı və bayram konserti olub. Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun “Ey Vətən” əsəri səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR