Bank Of Baku

“Şirvanşahlar Sarayı Kompleksi” dövlət tarix-memarlıq qoruq-muzeyini 15 milyon insan ziyarət edib

“Şirvanşahlar Sarayı Kompleksi” dövlət tarix-memarlıq qoruq-muzeyini 15 milyon insan ziyarət edib
# 26 may 2009 14:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarix-memarlıq qoruq-muzeyində 15 000 000 ziyarətçi qeydə alınıb. Muzeyin böyük elmi işçisi Günel Abbaszadənin APA-ya verdiyi məlumata görə, 15 000 000-cu ziyarətçi olan Nərgiz İsayeva muzeydə “İrs” ansamblının müşayiəti ilə qarşılanıb. Daha sonra isə ziyarətçiyə muzey rəhbərliyi tərəfindən üzərində Şirvan ornamenti olan xalça, “Şirvanşahlar Sarayı Kompleksi” ilə bağlı hazırlanmış buklet və CD hədiyyə edilib. G. Abbaszadənin sözlərinə görə, N. İsayevaya həmçinin bir il müddətində “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarix-memarlıq qoruq-muzeyinə və “Qız qalası”na pulsuz istifadə üçün sertifikat təqdim olunub. Bu sertifikatdan N. İsayeva ilə yanaşı, onun yaxınları və tanışları da yararlana biləcəklər. Mayın 27-də isə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarix-memarlıq qoruq-muzeyinin 45 illiyi keçiriləcək. Yubiley çərçivəsində “Azərbaycan xatunları”na həsr olunmuş səhnələşdirilmiş tamaşa və fotosərgi, yeni CD-disklərin təqdimatı, Azərbaycan xanımlarının tətbiqi-sənət nümunələrinin sərgisi və konsert proqramının keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR