Bank Of Baku

Bakıda Rusiya Böyük Teatrının solistlərinin iştirakı ilə nümayiş olunan “Jizel” balet-tamaşası anşlaqla keçib

Bakıda Rusiya Böyük Teatrının solistlərinin iştirakı ilə nümayiş olunan “Jizel” balet-tamaşası anşlaqla keçib
# 29 may 2009 09:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mayın 27-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Rusiya Akademik Böyük Teatrının solistləri Çinarə Əlizadə və Andrey Bolotinin iştirakı ilə Adolf Adanın “Jizel” baletinin tamaşası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ç. Əlizadənin Böyük Teatrın balet truppasının tərkibində çıxış edən ilk azərbaycanlı olması böyük maraqla qarşılanıb. “Jizel” balet-tamaşasının nümayişi anşlaqla baş tutub. Xalq artisti, SSRİ dövlət mükafatı laureatı Tamilla Şirəliyeva tamaşanın nümayişinin təşkilini yüksək qiymətləndirib: “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən gənclərlə sıx yaradıcılıq əlaqələri yaratması sevindirici haldır. Bu yaxınlarda Latviya Milli Opera və Balet Teatrının solisti Ülvi Əzizov, bu gün isə Çinarə Əlizadə teatrımızda çıxış etdilər. Çinarə çox gözəl balet məktəbi keçib. O öz partiyasını yüksək ustalıqla ifa etdi. Çinarənin çox gənc olduğunu nəzərə alsaq, ümid etmək olar ki, o, gələcəkdə Böyük Teatrın səhnəsində parlaq uğurlara nail olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR