Bank Of Baku

Bakıda “İslam tarixi şəhərləri və müasir memarlıq” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda “İslam tarixi şəhərləri və müasir memarlıq” adlı beynəlxalq konfrans keçiriləcək
# 29 may 2009 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 2-3-də Bakıda “İslam tarixi şəhərləri və müasir memarlıq” adlı beynəlxalq konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, mədəniyyət nazirlərinin V İslam Konfransında Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. 2009-cu il ərzində İslam mədəniyyətinin təbliği, inkişafı, İslam mədəni irsinin qorunması məqsədi ilə Bakı şəhərində bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. “İslam tarixi şəhərləri və müasir memarlıq” adlı beynəlxalq konfransının açılışı iyunun 2-də Muzey Mərkəzində olacaq. Konfransın məqsədi İslam tarixi şəhərlərində memarlıq irsinin, tarixi mühitin qorunması və bununla yanaşı yeni inkişafın, müasir memarlığın və şəhərsalmanın bu mühitə təsirinin araşdırılmasıdır, qeyd edilən sahədə mütəxəssis və ekspertlərin təcrübə mübadiləsidir. Konfrans Mədəniyyət və Turizm Nazirliyi və İslam Konfransı Təşkilatının “İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Beynəlxalq Tədqiqat Mərkəzi”nin (İRCİCA) təşkilatçılığı ilə keçiriləcək. Konfransda Azərbaycan, Avstriya, Bosniya və Herseqovina, Türkiyə, Misir, İordaniya, Mərakeş, Özbəkistan, Qazaxıstan, Böyük Britaniya və Litvadan mütəxəssis və ekspertlər iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR