Bank Of Baku

“Fortepiano Qara Qarayev yaradıcılığında” adlı elmi-ifaçılıq konfransı keçiriləcək

“Fortepiano Qara Qarayev yaradıcılığında” adlı elmi-ifaçılıq konfransı keçiriləcək
# 03 iyun 2009 15:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İyunun 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konfrans zalında “Fortepiano Qara Qarayev yaradıcılığında” adlı elmi-ifaçılıq konfransı keçiriləcək. BMA-dan APA-ya bildirilib ki, konfrans Azərbaycanın əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun təşəbbüsü və müəllif layihəsi əsasında təşkil olunacaq. Konfransın proqramına səs və fortepiano üçün iki romans (“Mən sizi sevirdim”, “Gürcüstan təpələrində”), həmçinin skripka və fortepiano üçün sonata da daxil edilib. Elmi-ifaçılıq konfransında BMA-nın müəllim və tələbələri, BMA nəzdində məktəb-studiyanın müəllim və şagirdləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR