Bank Of Baku

Mərakeşdə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri Əbülfəs Qarayevlə görüşüblər

Mərakeşdə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri Əbülfəs Qarayevlə görüşüblər
# 04 iyun 2009 08:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mərakeş Krallığının “Diplomatiya Le Maroj Et Le Monde” adlı diplomatik jurnalının təklifi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mərakeş Krallığında akkreditə olunmuş xarici ölkələrinin səfirləri və həmin jurnalın baş redaktoru Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, Mərakeş Krallığında akkreditə olunmuş Avropa Komissiyasının və Yunanıstan, Portuqaliya, Tailand, Malayziya, Oman, Qətər, Mavritaniya, Bruney, Vyetnam, Banqladeş kimi ölkələrinin səfirləri, həmçinin Mərakeş Krallığının “Diplomatiya Le Maroj Et Le Monde” adlı diplomatik jurnalının baş redaktoru mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçiriblər. İ. Hümbətovun bildirdiyinə görə, onlar ölkəmizdə səfərdə olarkən, Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında ətraflı məlumat toplamaq məqsədi ilə Quba-Xaçmaz bölgəsinə səfər edəcəklər. Mərakeş Krallığının “Diplomatiya Le Maroj Et Le Monde” adlı diplomatik jurnalı tərəfindən bu barədə geniş məqalə hazırlanacaq və həmin jurnalda çap olunacaq. Bundan əlavə bütün qeyd olunan ölkələrin mətbuat orqanları vasitəsi ilə respublikamızı haqqında ətraflı məlumat hazırlanıb təbliğ olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR