Bank Of Baku

Amerikanın “Brayan Horton” kvarteti Bakıda konsert verəcək

Amerikanın “Brayan Horton” kvarteti Bakıda konsert verəcək
# 04 iyun 2009 09:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Amerikanın “Brayan Horton” kvarteti Bakıda konsert verəcək. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kvartetin 8-10 iyun tarixlərində Bakıda konsertləri və onların iştirakı ilə seminar təşkil olunacaq. Həmin seminarda Amerika caz musiqisi səsləndirəcək. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən tədbir çərçivəsində kvartetin iyunun 8-də Azərbaycan Dövlət Filarmoniyasında konserti nəzərdə tutulur. Əsasən dəvətli qonaqlar üçün keçirilən bu konsertə az sayda bilet Filarmoniyanın kassasında satışda olacaq. Bununla yanaşı, kvartetin Bakıda iki pulsuz konsertinin keçirilməsi nəzərdə tutulur. Bu konsertlərdən biri iyunun 9-da Bakı Caz Mərkəzində, digəri isə iyunun 10-da “Landmark” konsert zalında baş tutacaq. Konsertlərlə yanaşı, “Brayan Horton” kvarteti Caz Mərkəzində və Bülbül adına Musiqi Məktəbində tələbələr üçün seminar və master-klass da keçirəcək. “Brayan Horton” kvartetinin Bakıya səfəri “Ritmin yolları-Xaricdə Amerika Müsiqisi Proqramı” çərçivəsində təşkil olunub. Sözügedən proqram ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosu və ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən birgə maliyyələşdirilib. Proqram çərçivəsində 10 ansambl Asiya, Afrika, Balkanlar, Avropa, Latin Amerikası və Yaxın Şərqdə konsertlərlə çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR