Bank Of Baku

Azərbaycanda Qətər mədəniyyət günləri keçiriləcək

Azərbaycanda Qətər mədəniyyət günləri keçiriləcək
# 05 iyun 2009 07:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 8-12 iyun tarixlərində Azərbaycanda Qətər dövlətinin Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, 58 nəfərdən ibarət nümayəndə heyətinə Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının baş katibi Mübarək Bin Nasir Əl-Xəlifə başçılıq edəcək. Azərbaycanda Qətər Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi iyunun 9-da Muzey Mərkəzində keçiriləcək. Mərasimdə Qətər və onun adət-ənənələri haqqında qısametrajlı sənədli filmlərin nümayişi, təsviri sənət nümunələrindən ibarət sərgi təşkili nəzərdə tutulur. İ. Hümbətov bildirib ki, mədəniyyət günləri çərçivəsində muzeyin qarşısında ənənəvi Qətər çadırları qurulacaq, gəmi düzəltmə və xınaçılıq sənətlərinin nümayişi keçiriləcək, milli şirniyyatlar hazırlanacaq. Mədəniyyət günləri şərçivəsində M.F.Axundov adına Milli Kitabxanada Dr. Xalid Yusif Ər-Dərbəşti tərəfindən Qətərdə investisiya imkanları barədə mühazirə oxunacaq, R. Behbudov adına Mahnı Teatrında isə folklor rəqs qrupunun çıxışı olacaq. Bundan başqa eyni proqramla nümayəndə heyətinin 10 iyun tarixində Mərdəkan qəsəbəsinə, 11 iyun tarixində isə Suraxanı rayonuna səfəri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR