Bank Of Baku

Musiqili Komediya Teatrının rejissoru Faiq Zöhrabov iş yerində dünyasını dəyişib

Musiqili Komediya Teatrının rejissoru Faiq Zöhrabov iş yerində dünyasını dəyişib
# 05 iyun 2009 15:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Musiqili Komediya Teatrının rejissoru Faiq Zöhrabov iş yerində dünyasını dəyişib. Musiqili Komediya Teatrının aktyor truppasının müdiri Novruz Qartalın APA-ya verdiyi məlumata görə, F. Zöhrabov rejissoru olduğu Macar Bəstəkarı İmri Kalmanın “İddialı qaraçı” əsərinin dekorasiyalarının qurulması ilə bağlı teatra gəlib: “O, həddən artıq tələsirdi. Tamaşanı bu mövsümün sonuna qədər təhvil vermək istəyirdi. Alınmayacağından çox narahat idi. Sabah isə dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində imtahanları başlamalı idi. Bizimlə söhbət etdiyi yerdə qəfildən səndələdi, rəngi qaraldı. Biz təcili yardım çağırdıq. Yardım gələnə qədər artıq keçinmişdi”. N. Qartal deyib ki, Faiq Zöhrabov Musiqili Komediya Teatrında “Bankir adaxlı”, “Aldın payını, çağır dayını”, “Bəydullanın möhtəşəm toyu”, “Talelər qovuşanda” kimi tamaşaların rejissoru olub. Bu ayın 17-də F. Zöhrabov 70 yaşı tamamlayacaqdı.

N. Qartalın sözlərinə görə, mərhumun cənazəsi hələ teatrdadır. Meyit tibbi ekspertizadan keçiriləndən sonra ailəsinə təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR