Bank Of Baku

Amerikanın Brayan Horton kvartetinin Bakıya səfəri başlayıb - FOTOSESSİYA

Amerikanın Brayan Horton kvartetinin Bakıya səfəri başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyun 2009 09:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Amerikanın Brayan Horton kvartetinin Bakıya səfəri başlayıb. APA-nın məlumatına görə, bu gün kvartet üzvlərinin mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Dmitriy Taraxovski kvartetin səfərinin məqsədini açıqlayıb. O bildirib ki, 8-10 iyun tarixlərində qrupun Bakıda konsertləri və seminarları təşkil olunacaq. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən tədbir çərçivəsində kvartetin bu gün Azərbaycan Dövlət Filarmoniyasında konserti keçiriləcək. Bununla yanaşı, kvartetin Bakıda iki pulsuz konsertinin keçirilməsi nəzərdə tutulur. Bu konsertlərdən biri iyunun 9-da Bakı Caz Mərkəzində, digəri isə iyunun 10-da “Landmark” konsert zalında baş tutacaq. Mətbuat konfransında kvartet üzvləri Brayan Horton, Jameo Braun, Ameen Saleem və Ernest Turner Azərbaycanda olmalarından məmnunluq duyduqlarını bildiriblər. Kvartetin yaradıcısı olan Brayan Horton Bakıda verəcəkləri konsertlərdə maraqlı çıxışlarla tamaşaçıların ürəyinə yol tapacaqlarını qeyd edib. Azərbaycan cazından bir qədər xəbərsiz olduqlarını vurğulayan qrup üzvləri, Azərbaycanın dünya şöhrətli cazmeni Vaqif Mustafazadənin yaradıcılığına hörmət etdiklərini vurğulayıblar. Jameo Braun hazırda repertuarlarına Vaqif Mustafazadənin mahnılarını daxil etməsələr də, gələcək üçün bunu planlaşdırdıqlarını deyib. Brayan Horton kvartetin 10 ilə yaxındır ki, fəaliyyət göstərdiyini və bu müddət ərzində dünyanın bir çox yerində konsertlər verdiyini bildirib. Səfər çərçivəsində kvartet üzvlərinin keçirəcəkləri master-klass və seminarlarda caz musiqisi, mono-ritm, melodiya haqqında və caza insanların marağının artması yolları ilə bağlı məruzələr edəcəklər. B. Horton bildirib ki, Azərbaycana ilk səfərləri olmasına baxmayaraq, artıq bir gün ərzində Azərbaycanı və paytaxt şəhər olan Bakını çox sevdiklərini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan səfərindən sonra onlar Özbəkistana yola düşəcəklər. ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri D. Taraxovski çıxışında bildirib ki, Brayan Horton kvartetinin Bakıya səfəri “Ritmin Yolları-Xaricdə Amerika Musiqisi Proqramı” çərçivəsində təşkil olunub. Sözügedən proqram Linkoln Caz Mərkəzi, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosu və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən birgə maliyyələşdirilib. Proqram çərçivəsində 10 ansambl Asiya, Afrika, Balkanlar, Avropa, Latin Amerikası və Yaxın Şərqdə konsertlərlə çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR