Bank Of Baku

Naxçıvan teatrı Elçinin “Ah Paris…Paris…” əsərini səhnələşdirir

Naxçıvan teatrı Elçinin “Ah Paris…Paris…” əsərini səhnələşdirir
# 08 iyun 2009 12:02 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı xalq yazıçısı Elçin Əfəndiyevin “Ah Paris…Paris…” komediyasını səhnələşdirir. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yeni səhnə əsəri iyun ayı ərzində tamaşaçılara təqdim olunacaq. 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdən bəhs edən tamaşada əsas rolları xalq artistləri Rövşən Hüseynov, Rza Xudiyev, Həsən Ağasoy, əməkdar artistlər Nəzakət Xudiyeva, Elmira Kərimova və başqaları ifa edirlər. Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyevdir.

Qeyd edək ki, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu il Anarın “Qaravəlli” əsərini tamaşaya qoyub. Teatr Əkrəm Əylislinin “Yazığam, sevmə məni” və Şamil Sadiqin “Qana qan qarışdı” əsərlərini də səhnələşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR