Bank Of Baku

Şəkidə “Hökmdarın taleyi” filminin nümayişi keçirilib - FOTOSESSİYA

Şəkidə “Hökmdarın taleyi” filminin nümayişi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyun 2009 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Şəkidə İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəvi dramı əsasında Elçinin ssenarisi ilə çəkilmiş “Hökmdarın taleyi” filminin nümayişi keçirilib. Bu barədə APA-ya filmin prodüseri Vaqif Əsədullayev məlumat verib. O bildirib ki, Şəki premyerasında filmdəki aktyorlara master-klasslar keçən və İbrahim xan obrazını yaradan xalq artisti Fəxrəddin Manafov, Şəki İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov və başqaları iştirak edib. Nümayişdən əvvəl V. Əsədullayev və F. Manafov çıxış edərək tamaşaçılara minnətdarlıqlarını bildiriblər. Filmə 600-a yaxın Şəki sakini tamaşa edib. Onlar yaradıcı heyəti ayaq üstdə alqışlayıblar. V. Əsədullayevin sözlərinə görə, hazırda filmin Lənkəranda nümayişi üçün danışıqlar gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR