Bank Of Baku

“Lahıc ritmləri” beynəlxalq festivalda iştirak edəcək

“Lahıc ritmləri” beynəlxalq festivalda iştirak edəcək
# 08 iyun 2009 14:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək “İrpen Film” Beynəlxalq Festivalında iştirak edəcək. APA-nın məlumatına görə, festivalda rejissor Fariz Əhmədovun “Lahıc ritmləri” sənədli filmi nümayiş olunacaq. İyunun 13-14-də keçiriləcək festivalın təşkilat komitəsinə 48 ölkədən 286 film təqdim edilib. Onların arasından 50 film seçilib və “Lahıc ritmləri” də bu filmlər sırasındadır. Festival 7 nominasiya üzrə keçirilir və hər nominasiyada 7 film iştirak edir. Qaliblər münsiflər heyəti tərəfindən yox, filmi izləyən tamaşaçılar tərəfindən müəyyənləşdiriləcək.

“Lahıc ritmləri” filmi 2008-ci ildə “İmper Qrup” prodüser mərkəzində istehsal olunub. Ssenari müəllifi Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır. Kino lentinə çəkilmiş 8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filmdə İsmayıllı rayonunun Lahıc kəndindəki insanların bir günlük həyatı təsvir edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR