Bank Of Baku

Sankt-Peterburqda “Gəlincik zamanı - Yay” adlı Beynəlxalq Gəlincik Sərgisi keçiriləcək

Sankt-Peterburqda “Gəlincik zamanı - Yay” adlı Beynəlxalq Gəlincik Sərgisi keçiriləcək
# 09 iyun 2009 10:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Rusiyanın Sankt-Peterburq şəhərində “Gəlincik zamanı - Yay” adlı Beynəlxalq Gəlincik Sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, iyunun 11-dən 14-dək keçiriləcək sərgidə dünyanın müxtəlif ölkələrindən olan gəlincik ustaları öz əsərlərini nümayiş etdirəcəklər. Azərbaycanın gəlincik ustaları Pərviz Hüseynov və İrina Qundorina da sərgiyə dəvət alıblar. Onlar iyunun 10-dan 17-dək Sankt-Peterburqa ezam ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR