Bank Of Baku

Azərbaycanda Qətər Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycanda Qətər Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib - <font color=red>  FOTOSESSİYA </font>
# 09 iyun 2009 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanda Qətər dövlətinin Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimi Muzey Mərkəzinin qarşısında gerçəkləşib. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının baş katibi Mübarək Bin Nasir Əl-Xəlifə iştirak edib. Tədbirdə çıxış edən Ə. Qarayev ilk öncə qonaqları salamlayıb və üç gün davam edəcək tədbirin keçirilməsində onlara uğurlar arzulayıb. Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının baş katibi Mübarək Bin Nasir Əl-Xəlifə Azərbaycanda keçirilən Mədəniyyət Günlərində mədəniyyət və incəsənət sahəsinin ən maraqlı nümunələrini özləri ilə gətirdiklərini vurğulayıb: “Ümumiyyətlə ölkələrin bir-biri ilə əlaqələrinin genişlənməsi üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi çox vacib haldır. Biz əminik ki, Azərbaycanda keçirilən Qətər Mədəniyyət Günləri iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirəcək”. Açılış mərasimində Muzey Mərkəzinin qarşısında maraqlı incəsənət nümunələrinin sərgisi də keçirilib, Qətərin milli adət-ənənəsini özündə əks etdirən əl işləri, maraqlı şəkillər, bukletlər, xına vasitəsi ilə ələ şəkil çəkmək və digərləri nümayiş etdirilib. Bütün bu nümunələrin göstərişi isə xüsusi olaraq ağaclardan qurulmuş çadırlarda gerçəkləşib. Eyni zamanda muzeyin qarşısında Qətərin musiqi qrupunun ifasında isə milli musiqi alətlərinin müşayiəti ilə musiqilər səslənib.

Təntənəli açılış mərasimindən sonra Muzey Mərkəzində Qətər və onun adət-ənənələri haqqında qısametrajlı sənədli filmlər nümayiş etdirilib, təsviri sənət nümunələrindən ibarət sərgi təşkil olunub. Azərbaycanda Qətər Mədəniyyət Günləri iyunun 12-dək davam edəcək. Mədəniyyət günləri çərçivəsində M. F. Axundov adına Milli Kitabxanada Dr. Xalid Yusif Ər-Dərbəşti tərəfindən Qətərdə investisiya imkanları barədə mühazirə oxunacaq, Rəşid Behbudov adına Mahnı Teatrında isə folklor rəqs qrupunun çıxışı olacaq. Bundan başqa eyni proqramla nümayəndə heyətinin 10 iyun tarixində Mərdəkan qəsəbəsinə, 11 iyun tarixində isə Suraxanı rayonuna səfəri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR