Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tatarıstanda keçirilən türk xalqlarının Beynəlxalq Teatr Festivalında iştirak edib

Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tatarıstanda keçirilən türk xalqlarının Beynəlxalq Teatr Festivalında iştirak edib
# 09 iyun 2009 14:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tatarıstanın Kazan şəhərində keçirilən türk xalqlarının “Nauruz” adlı IX Beynəlxalq Teatr Festivalında iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi vətənə dönüb. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, kollektivə teatrın direktoru, əməkdar artisti Mübariz Həmidov rəhbərlik edib. Teatrın festivalda təqdim etdiyi Ə. Haqverdiyevin “Pəri Cadu” tamaşası iştirakçıların və teatrşünasların böyük marağına səbəb olub. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, rəssamı Lətifə Quluzadə, tryukların quruluşçusu İsa Əsədov, sinxron tərcümə isə Səriyyə İsmayılovaya məxsusdur. Tatarıstan, Qırğızıstan, Türkiyənin Ankara və Trabzon dövlət teatrlarının, Xakasiya, Yakutiya, Başqırdıstan teatrlarının qatıldığı və beş gün davam edən nüfuzlu beynəlxalq festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ikinci dəfə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR