Bank Of Baku

Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 11 iyun 2009 10:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İyunun 16-dan 20-dək Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, qonşu ölkədə Azərbaycan mədəniyyətini təmsil edəcək 90 nəfərlik nümayəndə heyətinə nazir Əbülfəs Qarayev rəhbərlik edəcək. İyunun 16-da Tiflis Dövlət Opera və Balet Teatrında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Mədəniyyət Günləri çərçivəsində gürcüstanlı tamaşaçılar azərbaycanlı fotoqraf və rəssamların işlərindən ibarət müasir incəsənət sərgisini də seyr edə biləcəklər. Azərbaycan nümayəndə heyəti Rustavi və Bolnisi rayonlarında da tamaşaçılar qarşısında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR