Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi “İRƏLİ” İctimai Birliyi ilə birgə musiqili tamaşa hazırlayıb

Mədəniyyət və Turizm Nazirliyi “İRƏLİ” İctimai Birliyi ilə birgə musiqili tamaşa hazırlayıb
# 11 iyun 2009 10:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin dəstəyi, eyni zamanda “İRƏLİ” İctimai Birliyinin “Yaradıcı laboratoriyası” ilə Uşaq teatrının birgə layihəsi əsasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanım” adlı musiqili tamaşanın premyerası keçiriləcək.

“İrəli”nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rejissor assistenti Xatirə Şirəliyeva, musiqi tərtibatçısı Mahir İbrahimovdur. Rollarda Rüfət Mehman , Elvin Əhməd və Cavanşir Məhərrəmov çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR