Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü “Don Kixot” baleti ilə bağlayır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü “Don Kixot” baleti ilə bağlayır
# 11 iyun 2009 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında başa çatmaqda olan teatr mövsümündə nümayiş olunacaq son tamaşalarından biri Lüdviq Minkusun “Don Kixot” baleti olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşaçıların çox zaman qastrolçuların - məşhur balet sənəti ulduzlarının ifasında seyr etdikləri balet bu dəfə yerli truppanın gənc solistlərinin ifasında təqdim olunacaq. İyunun 20-də nümayiş olunacaq tamaşada aparıcı partiyalardan biri – Kitri rolunun ilk dəfə olaraq teatrın gənc solisti Nigar İbrahimova ifa edəcək. Tamaşada N. İbrahimovanın tərəf müqabili kimi Bazil rolunda əməkdar artist Yuri Lobaçov çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR